1 Sentyabr 2022 20:56
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşü Avropa İttifaqının təşəbbüsülü ilə sayca dördüncü görüş idi. Görünən odur ki, Brüssel Cənubi Qafqazda, konkret olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır və bu istiqamətdə səylərini artırır”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə baş tutan Əliyev-Paşinyan görüşünü şərh edərkən bldirib.

Onun sözlərinə görə, verilən açıqlamada hiss olunur ki, ciddi və gərgin müzakirələr keçirilib: “Önəmli olan məsələlərin başında duran əsas nəticə sülh sazişinin hazırlanması üzrə işçi qrupunun yaradılması, hər iki ölkənin XİN-nə bu proseslə bağlı tapşırıqların verilməsidir. Bu əhəmiyyətlidir. Əlbəttə, görüşdə digər məsələlər müzakirə edilib. Bu da sərhədlərin delimitasiya, müharibə zamanı itkin düşən şəxslərin tapıması və s bağlıdır. Amma önəmlisi sülh sazişinin ciddi müzakirə edilməsi və müvafiq tapşırıqların verilməsidir”.

Mütəxəssis bildirib ki, ən doğru olanı sülh sazişi ilə bağlı real işlərin aparılmasıdır: “Çünki əslində digər məqam və detallar sülh sazişinin əlavələri sayıla bilər. Əsas siyasi məsələ sülh sazişidir. Sülh sazişi olduqdan sonra demarkasiya və delimitasi kimi proseslər də aparılacaq”.

Oqtay Qasımov qeyd edib ki, Brüsseldə müzakirə olunan digər vacib məsələ Zəngəzur dəhlizi olub: “Bununla əlaqədar üçtərəfli razılaşmada Ermənistanın konkret öhdəliyi var. Nəzərə alsaq ki, Bakı Laçın dəhlizinə alternativ yolu çəkdi və bu gündən ora işlər düşür, deməli, Zəngəzur dəhlizi də işə düşməlidir. Digər vacib məsələ Azərbaycan ərazilərində olan Ermənistan hərbi birləşmələri və separatçı quldurların çıxarılmasıdır. Azərbaycan bunda təkid edəcək və onların ərazimizdən çıxmasına nail olacaq. Bundan sonra Azərbaycan ərazisində yaşamaq istəyən ermənilərə Azərbaycan vətəndaşlığı verilə, onların təhlükəsiz yaşaması üçün addımlar atıla bilər”.


Müəllif: Nemət

Oxşar xəbərlər