1 Sentyabr 2022 19:19
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Polşa yaranmış vəziyyətdən istifadə edərək yeni Reç Pospolita yaradır, artıq bunu Ukraynada qanuni şəkildə rəsmiləşdirirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Yenə üfüqdə görünən kimdir? Həminki Polşa elitası və onun arxasında dayanan 55 dövlət. Vəziyyətdən istifadə edərək, onlar yeni Reç Pospolita yaradırlar, artıq bunu Ukraynada qanuni şəkildə rəsmiləşdirirlər”, - Belarus lideri bildirib.

Onun sözlərinə görə, ukraynalılar tezliklə Rusiya ilə müharibəni dayandıraraq, Polşadan şərqə doğru genişlənən “hiyləgər hərəkat”ın Ukraynanı parçalamasının qarşısını almaq üçün Rusiya və Belarus müraciət etməli olacaqlar.

Lukaşenkonun iddiasına görə, yeni torpaqlar ələ keçirmək ideyası Polşa elitasının həyəcanlandırır.

“Mənim Polşa xalqı ilə heç bir işim, ondan şikayətim yoxdur, amma onun siyasətçilərini yaxşı tanıyırsınız”, - Lukaşenko əlavə edib.

Reç Pospolita Polşa Krallığı və Böyük Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin müqaviləsinə əsasən yaradılmış federativ dövlət olub. Torpaqlarının 1795-ci ildə Rusiya, Prussiya və Avstriya arasında bölüşdürülməsi ilə ləğv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər