2 Sentyabr 2022 18:26
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Rusiya ilə danışıqlar üçün əsas yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Təəssüf ki, indi danışıqlar üçün heç bir zəmin yoxdur, bundan əvvəl də uzun illər mövcud olmayıb. Çünki Rusiyanın təcavüzü dünən, hətta açıq və həyasız şəkildə genişmiqyaslı işğalın başladığı 24 fevralda da başlamayıb. Müharibə səkkiz ildir davam edir, ona görə də ilk növbədə Rusiyanın döyüşməkdən imtina etməsi lazımdır, müəyyən məsələləri nə müharibə, nə güllə, nə təcavüz, nə də cinayətlə həll etmək istəməlidir. Hələlik o, hər şeyi zorla həll etmək istəyir”, - Ukrayna lideri qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər