“Ankara lazım bilsə, Moskva 2023-cü ildə Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə müşahidəçi göndərməyə hazır olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Vahid Rusiya” Partiyası Ali Şurası sədrinin müavini, deputat Andrey Klimov deyib.
“Bu məsələni müzakirə etməmişik, Türkiyə seçkiləri bu ölkənin daxili işidir. Beynəlxalq müşahidə praktikası və bizim öz ənənəmiz var. Bu gün türk həmkarlarım bizim son Duma seçkilərində iştirak etdiklərini xatırladılar. Əgər türk həmkarlarımıza xarici müşahidəçiləri cəlb etmək lazımdırsa, biz buna açığıq”, - Klimov bildirib.
O, vurğulayıb ki, bu, hər bir suveren dövlətin qərarıdır:
“Məsələn, ABŞ bu praktikanı dəstəkləmir. Biz həmişə bütün seçkilərimizə xarici müşahidəçiləri dəvət edirik”.