7 Sentyabr 2022 00:39
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar Ukrayna limanlarında taxıl daşınması üçün İstanbulda qurulan Müştərək Koordinasiya Mərkəzinin fəaliyyətinin davam etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, nazir indiyə qədər Ukraynadan təxminən 100 gəmi və 2,5 milyon tona yaxın taxıl çıxarıldığını söyləyib.

Akar Ukrayna və Rusiyanın Türkiyənin Qara dənizdəki iki qonşusu olduğuna diqqət çəkib. O, bir daha Krımın da daxil olduğu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər