Rusiya lideri Vladimir Putin Türkiyənin vasitəçiliyi ilə imzalanan taxıl dəhlizi müqaviləsində müəyyən edilən daşınma marşrutunda dəyişiklik edilməli olduğunu bildirib. Ukrayna taxılının kasıb ölkələrə deyil, Avropa Birliyinə daşındığını qeyd edən Putin “Biz və ən kasıb ölkələr aldandıq” ifadəsini işlədib.
Teleqraf.com xəbər verir ki, Putin bu məsələni prezident Ərdoğanla müzakirə etmək qərarına gəlib.
Rusiyanın Ukrayna limanlarından taxıl daşınmalarının yenidən başlaması üçün əlindən gələni etdiyini bildirən Rusiya lideri deyib: “Biz və ən kasıb ölkələr aldadıldı, Ukraynadan gələn bütün taxıl aşağı gəlirlilərə deyil, Avropa Birliyinə daşınır və aşağı gəlirli ölkələrin qidaya çıxışı çətinləşib. Bütün çətinliklərə baxmayaraq, biz Ukrayna taxılının ixracı üçün hər şeyi etdik. Mən Afrika İttifaqının rəhbərləri və Afrika ölkələrinin rəhbərləri ilə görüşdüm və onlara Ukraynanın taxıl ixracını asanlaşdıracaqlarına söz verdim. Biz bunu Türkiyə ilə etdik".
Putin bu şərtlər daxilində Ukraynadan taxıl ixracının məhdudlaşdırılmasının mümkün ola biləcəyini və bu məsələni prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə etmək qərarına gəldiyini bildirib.
O qlobal ərzaq bazarında problemlərin artmacağını və humanitar fəlakətin yaxınlaşdığını əlavə edib.