Ukrayna Silahlı Qüvvələri yəqin ki, yaxın 72 saat ərzində Kupyanskı rus ordusundan azad edəcək. Hazırda ukraynalı döyüşçülər şəhərdən 15 kilometr radiusda ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri son hesabatında bildirilib
Mütəxəssislər geolokasiya görüntülərini tədqiq edərək belə qənaətə gəliblər ki, Ukrayna Silahlı Qüvvələri rus ordusunu Borşçivka və İvanovkadan çıxarıb. Bu yaşayış məntəqələri E40 magistral yolunun kənarında yerləşir.
ISW analitikləri Kupyanskdan 20 kilometr cənub-qərbdə yerləşən Borovskidən olan geolokasiya kadrları əsasında belə qənaətə gəliblər. Və Rusiya tərəfi də Qruşevka yaxınlığındakı döyüşlər barədə məlumat verib.
“Rusiyanın Xarkov bölgəsindəki arxa mövqeləri indi Ukraynanın gələcək irəliləyişləri üçün açıqdır və Ukrayna qüvvələri, ehtimal ki, yaxın 72 saat ərzində Kupyanski azad edəcək , lakin bu, Rusiyanın İzyum ilə əlaqə xətlərini tamamilə pozmayacaq”, - ISW bildirib.
Analitiklər onu da iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin uğurlu hərəkətləri və Kupyanska doğru irəliləmənin yüksək sürəti rus işğalçıları arasında çaxnaşma yaradır.
Xatırladaq ki, Kupyanski logistika mərkəzi hesab olunur. Şəhərin azad olunması rus ordusunun arxa təminatına ciddi zərbə ola bilər.