Şimali Koreya lideri Kim Çen In heç vaxt nüvə silahından imtina etməyəcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kim Çen In nüvə silahının istifadəsini tənzimləyən qanunun qəbul edildiyi Şimali Koreya parlamentinin iclasında çıxış edib.
Ölkəsinin heç vaxt nüvə silahından əl çəkməyəcəyini bildirən Kim Cənubi Koreya və ABŞ-ın ölkəsinə qarşı birgə təhlükəli hərbi təlimlər keçirdiyini deyib.
Kim iddia edib ki, ABŞ təkcə Şimali Koreyanın nüvə gücünü yox, həm də ölkənin özünümüdafiə hüquqlarını pozaraq hökuməti çökdürməyə çalışır.
Qəbul edilmiş yeni qanun Şimali Koreyanın nüvə və ya qeyri-nüvə təhlükəsi ilə üzləşdiyi təqdirdə orduya düşmənin komandanlıq mərkəzlərinə avtomatik nüvə zərbələri endirməyə icazə verir. Bundan əlavə, qanunda qeyd edilir ki, ölkə və xalq fəlakətli böhranla üzləşəcəyi təqdirdə nüvə silahından istifadə edilə bilər.