9 Sentyabr 2022 14:19
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səmərqənddə cənab Putinlə görüşdə əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Xorvatiyadan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Səmərqənddə cənab Putinlə görüşüm olacaq, inanıram ki, bu görüş geniş və dərin olacaq. Bu görüşdə əsasən taxıl dəhlizi məsələsini müzakirə edəcəyik. Düzünü desəm, cənab Putinin “taxıl kasıblara deyil, zəngin ölkələrə gedir” yanaşmasını düzgün hesab edirəm. Bunu belə etmək olmaz. Burada əsas məsələ kasıb ölkələrə taxıl dəhlizi vasitəsilə dəstək vermək və buradan öz paylarını almalarını və bu çətin dönəmdən çıxmasını təmin etmək olmalıdır. Amma biz indi bunu görmürük.

Cənab Putinin dediyi kimi, o gəmilər ya inkişaf etmiş, ya da inkişaf etməkdə olan ölkələrə gedir. Bəlkə də buna görə cənab Putin Rusiya məhsullarını göndərmir. Təbii ki, Səmərqənddəki görüşümüzdə ondan xahiş edəcəyik ki, Rusiya məhsullarını da gəmilər vasitəsilə dəhlizdən göndərsin. Rus taxılı gəlməyə başlasa, kasıb Afrika ölkələrinə çatana qədər onların hamısını ən ideal şəkildə müəyyən sistemə salacağıq və bu taxılı, başqa məhsulları, hamısını ora göndərəcəyik. Bu barədə onlarla açıq danışacağıq. Çünki Afrika başda olmaqla, çətin vəziyyətdə olan bir çox ölkələr var və bu ölkələrə qucaq açıb bu məhsulları tez bir zamanda onlara göndərməliyik”, - Türkiyə lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər