“Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Putin üçün siyasi fəlakət ssenarisi çox sadədir. Bu iki hadisədən birindən - Xersonun azad edilməsi və Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq. Bu iki olaydan birinin ertəsi gün məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib, səhhəti və yaşının çox olması ilə əlaqədar, o, artıq vəzifələrini yerinə yetirməyi bacarmır”, - ekspert vurğulayıb.
Piontkovskinin sözlərinə görə, bunun üçün əlverişli tarix də var - oktyabrın 7-də Putinin 70 yaşı tamam olacaq:
“Putinlə bağlı hər şey saxtadır: həm bu tarix, həm valideynləri, həm də bütün tərcümeyi-halı ilə bağlı məlumatlar. Onun 70 yox, 72 yaşı olacaq. Bununla bağlı kifayət qədər faktlar var”.