Ukrayna hərbçiləri Xarkov vilayətinin Rusiya ilə sərhədinə iki kilometrdən az məsafədə yerləşən Qoptovka kəndinə daxil olublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 130-cu taborunun yaydığı açıqlamada qeyd olunur.
"Sentyabrın 11-də Qoptovka Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib. 130-cu taboru bütün Ukrayna xalqına salamlar göndərir", - hərbçilər yaydığı videoda deyirlər.
Eyni zamanda Ukrayna hərbçiləri Borşevaya kəndinə daxil olublar. Bu barədə isə əlahiddə ərazi müdafiə batalyonu teleqram kanalında məlumat yayıb.