Dünyada koronavirusa yoluxanların sayı 613 651 832 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasında məlumat verilib.
Məlumata görə, pandemiya ərzində dünyada 6 516 197 COVID-19-un qurbanı olub. Eyni zamanda virusa yoluxmuş 592 234 776 insan sağalıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ, Hindistan, Fransa, Braziliya, Almaniya, Cənubi Koreyada aşkarlanıb. Eyni zamanda COVID-19-dan ən çox ölüm ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.