12 Sentyabr 2022 12:36
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adam Delimxanovun rəhbərlik etdiyi Çeçenistan Respublikasının elit bölmələri istirahətdən sonra Ukraynadakı Xüsusi Hərbi Əməliyyat zonasına qayıdıb.

Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında bəyan edib.

“Əziz qardaş, Rusiya qəhrəmanı, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov Çeçenistan Respublikasından olan bölmələrə rəhbərlik edərək, Ukrayna və Donetsk Respublikası ərazisində xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirməyə başladı”,- Kadırov bildirib.

O əlavə edib ki, əvvəllər Mariupol, Severodonetsk, Lisiçansk, Popasna və digər şəhərlər azad edildikdən sonra məzuniyyətə çıxan elit döyüşçülər cəbhə xəttinə qayıdıblar: “Əvvəllər həmişə deyirdim ki, şad xəbər gözləyin, mənim sözlərimdən sonra da onları aldınız. Burada da, indi də səbirli olun və döyüşçülərimizdən cəbhə xəttindən böyük nəticələr gözləyin. Onlar mütləq gələcəklər”.


Müəllif: Nemət

Oxşar xəbərlər