12 Sentyabr 2022 19:27
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada hər şey dediyimiz proyekt üzrə inkişaf edir. Orada qeyri-adi heç nə baş vermir. Faktiki olaraq ABŞ və Avropanın Ukraynaya ötürdüyü müasir silahlar Ukraynaya ciddi dəyişiklik etməyə və müharibədə təşəbbüsü ələ almağa imkan verdi. Hazırda Ukrayna ərazisinin müəyyən hissəsini işğaldan azad edərək böyük nəailiyyət əldə edib. Ən əsası odur ki, Rusiyanın Ukraynanı məğlub etmək şansı yoxdur. Çünki Rusiya Ukraynada üstünlük əldə etsə və tam qələbə qazanmağa qədər çata bilsə, Avropa və Amerikada hərbi prosesə qoşulacaq. Odur ki, yeganə düzgün addım Rusiyanın öz sərhədlərinə qayıtması və beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın suverenliyini tanımasıdır. Başqa yol yoxdur”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O əlavə edib ki, ruslar hədə-qorxu gəlməsinə baxmayaraq Ukraynada nəsə etmək imkanları yoxdur:

“Əksinə, Rusiya getdicə daha pis durumla üzləşəcək. Artıq Rusiyanın özündə narazılıqlar başlayıb. Ağıllı yol daha az qurban verməklə təcili vəziyyətdən çıxmaqdır. Mən başqa yol görmürəm.

Rusiyada ağıllı insanlar var. Düşünürəm ki, onlar da bu savaşın Rusiya üçün pis nəticələrlə qurtara biləcəyini düşünürlər. Müharibə göstərir ki, Rusiyanı idarə edənlər oliqarxlardır və onlar dünyanın müasir gedişlərini, qayda-qanunlarını başa düşmək imkanında deyillər”.

Sərdar Cəlaloğlu Kremlin bu gün “müharibə davam edəcək” bəyanatını qorxulu adlandırıb:

“Bu, o deməkdir ki, Rusiya intihara gedir. Əslində bunlar boş şeylərdir. Rusiyanın bu məsələni hədəfə çatana qədər inkişaf etdirmək imkanı yoxdur. Rusiya öz sərhədinə çəkilməyənə qədər müharibə davam edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər