13 Sentyabr 2022 11:12
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində uğurlu əks-hücum əməliyyatından sonra Rusiya ordusu yeni cəbhə xəttini gücləndirə bilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmları İnstitutunun (ISW) hesabatında deyilir.

İndi hər iki tərəf Liman uğrunda fəal mübarizə aparır və ruslar Ukrayna Silahlı Qüvvələrinin hücumundan narahatdırlar. Analitiklər yazır ki, Rusiya qoşunları, ehtimal ki, Liman-Yampol xəttində cəmləşiblər, çünki onlar hesab edirlər ki, bura Ukraynanın hücum hədəfi olacaq.

Rus ordusu yeni cəbhə xəttini gücləndirə bilmirlər və aktiv şəkildə Xarkov vilayətinin şərq hissəsini başqa istiqamətlərə, məsələn, Donetsk vilayətinin cənub-qərb hissəsinə köçürmək üçün tərk edirlər.

“Bu, Rusiya komandanlığının Oskol çayının şərqində zəif mövqelərin gücləndirilməsinə üstünlük vermədiyini göstərir”, - İnstitut hesab edir.


Müəllif: Nemət

Oxşar xəbərlər