Suriya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Butrus əl-Mərcan Rusiyanın “İzvestiya” qəzetinə Türkiyə ilə yaxınlaşma imkanlarından danışıb.
Teleqraf.com xəbər verir ki, Suriyanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyın əl-Mərcan bunun üçün müəyyən şərtlərin olduğunu bildirib.
Suriya rəsmisi deyib ki, yaxınlaşma üçün Ankara Suriyanın şimalındakı hərbi mövcudluğuna son qoymalı və Suriya Milli Ordusu (SMO) kimi birləşmələrə verdiyi dəstəyi geri çəkməlidir.
Türkiyə ilə münasibətlərin yaxşılaşmasına bəzi ciddi maneələrin olduğunu söyləyən əl-Mərcan bununla belə, Ankara və Dəməşq arasında təhlükəsizlik sahəsində müxtəlif təmasların olduğunu etiraf edib.
Suriya rəsmisi onu da vurğulayıb ki, münasibətlər hər iki dövlətin ümumi maraqları nəzərə alınmaqla, mehriban qonşuluq əlaqələri əsasında qurulmalıdır.