Ukrayna hakimiyyəti Çeçenistanın rəhbəri Ramzan Kadırovu beynəlxalq axtarışa vermək niyyətindədir.
Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Zoryan Şkiryak bildirib.
“Biz Ukraynanın müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin ərazisində rusiyalılardan ibarət terrorçu dəstələrin təşkilatçısı və ruhlandırıcısı olan Ramzan Kadırovu beynəlxalq axtarışa verəcəyik”, deyə Şkiryak bildirib.
Bundan əvvəl KİV-lər Ukraynada Ramzan Kadırov barəsində cinayət işinin başlandığını bildirmişdi.