14 Sentyabr 2022 10:20
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatının Ağ Ev üçün apardığı araşdırma nəticəsində məlum olub ki, Rusiya son səkkiz il ərzində Kremlin xaricdə siyasi maraqlarının formalaşmasına ən azı 300 milyon dollar xərcləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd olunur ki, Kreml gizli şəkildə demokratik sistemlərin zəiflədilməsi və Kremlə yaxın qlobal siyasi qüvvələrin təşviqi kampaniyası üçün yüz milyonlarla dollar əlavə vəsait ayırmağı planlaşdırıb.

Kremlə bağlı qüvvələr şirkətlərdən, beyin mərkəzlərindən və digər təsir üsullarından istifadə edib.

Kəşfiyyat araşdırmasında Putinin “aşpazı” Yevgeni Priqojin və iş adamı Aleksandr Babakovun adları çəkilir.

ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, Prezident Administrasiyası Rusiyanın Avropa, Afrika və digər ölkələrdəki siyasi sistemlərə təsir imkanlarına qarşı xüsusi olaraq hesabatdakı bəzi məlumatların məxfiliyini ləğv etmək qərarına gəlib.


Müəllif: Nemət

Oxşar xəbərlər