ABŞ-da Demokrat Partiyasından olan senator və Xarici Əlaqələr Komitəsinin üzvü Kris van Hollen Yunanıstan və terror təşkilatı YPG/PKK-nın Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı və ya modernizasiya proqramı ilə bağlı şərtlərini tələb edib.
Teleqraf.com-un məlumatına görə, Yunanıstanın “Kathimerini” qəzetinə danışan Hollen bildirib ki, “F-16"ların Türkiyəyə satışı və ya modernləşdirilməsi üçün şərtlər qoyulmalıdır.
Onun sözlərinə görə, bu təyyarələrin Yunanıstan kimi NATO üzvlərinin hava məkanını pozmaq üçün istifadə olunmaması şərti vacibdir: “Bundan başqa, bu təyyarələrdən İŞİD-lə mübarizədə çox mühüm rol oynayan Suriyadakı kürd müttəfiqlərimizə (terror təşkilatı PKK/YPG) qarşı hücumlar üçün istifadə edilməsi də qadağan edilməlidir”.
“Türkiyənin F-35 proqramından çıxarılmasına öncülük edən ABŞ Konqresi F-16 məsələsində fəal iştirak edəcək” ifadəsini işlədən Hollen Türkiyənin NATO-da “uyğunsuz”, Yunanıstanın isə mühüm strateji tərəfdaş olduğunu iddia edib.