“Ermənistanla Azərbaycan sərhədində gərginlik qalır, bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının oraya göndərilməsi qərara alınıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb. Onlar vəziyyətlə tanış olacaq və hesabat təqdim edəcəklər”, - Peskov bildirib.
Kremli rəsmisi dəqiqləşdirib ki, qərar axşam saatlarında verilib, missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq.