15 Sentyabr 2022 13:02
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Suriya arasında təmaslar sıxlaşır. İki ölkənin nümayəndələr arasındakı son görüşdə “qırmızı xətlər” müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Nəşr bildirib ki, iki ölkənin kəşfiyyat qurumları arasında Türkiyədəki suriyalı qaçqınların təhlükəsiz şəkildə öz vətənlərinə qayıdışının necə reallaşacağına dair yol xəritəsi hazırlanır:

“Türkiyənin region ölkələri ilə əlaqələri inkişaf etdirmə siyasəti çərçivəsində ən mühüm mövzulardan biri olan Suriya məsələsi ilə bağlı proses yavaş da olsa irəliləyir. Bu istiqamətdə bir müddətdir ki, iki ölkənin kəşfiyyat orqanları arasındakı danışıqlar intensivləşməyə başlayıb. Əldə edilən məlumata görə, ötən günlərdə keçirilən son görüşdə iki ölkənin “qırmızı xətlər”i ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə Suriya rejimindən xüsusilə suriyalıların öz ölkələrinə təhlükəsiz qayıtması, müharibədən əvvəlki hüquqlarını bərpa etmək və mülklərini geri qaytarmaq üçün yeni addım atmasını tələb edir”.

Təhlükəsizlik mənbələri iki ölkə arasında kəşfiyyat rəsmiləri arasında danışıqların davam edəcəyini, amma bu müzakirələrdə konkret nəticə əldə etmək üçün vaxt lazım olduğunu bildirirlər. Bununla belə, həmin mənbələr yaxın gələcəkdə Türkiyə ilə Suriya arasında nazirlər və ya prezidentlər səviyyəsində görüşün gözlənilmədiyini deyirlər.

Dəməşq bundan əvvəlki açıqlamalarında Ankaranın Suriyanın şimalındakı hərbi mövcudluğunu dayandırmasını və yaxınlaşma üçün Suriya Milli Ordusu (SMO) kimi birləşmələrə verdiyi dəstəyi geri çəkməsini istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər