15 Sentyabr 2022 16:36
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna üçün real təhlükəsizlik təminatları yalnız bu ölkənin bloksuz statusu və onun silahsızlaşdırılması ilə təmin edilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ukrayna üçün real təhlükəsizlik təminatları Qərbin maliyyə dəstəyi və ya texniki yardımı ilə deyil, bu ölkənin neytral, bloksuz statusuna qayıtması ilə təmin edilə bilər”, - XİN-in sözçüsü vurğulayıb.

O, həmçinin Ukraynanın denazifikasiya və demilitarizasiyasını belə zəmanətlərdən biri kimi qeyd edib.

Eyni zamanda, Zaxarova hesab edir ki, “Kiyevə beynəlxalq təhlükəsizlik zəmanəti” layihəsinə fundamental qiymətlər vermək hələ tezdir, bu, şəxsi rəylər toplusudur:

“Bu sənədin heç bir rəsmi statusu yoxdur, düşüncə üçün qidadır. Bu, Kiyev rejiminin təhlükəsizlik təminatı deyil, Qərb ölkələrinin Ukraynanın hazırkı elitasını maliyyələşdirməyə davam edəcəyinə zəmanət vermək cəhdidir”.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi “Kiyevə beynəlxalq təhlükəsizlik zəmanəti” haqqında (“Kiyev Təhlükəsizlik Müqaviləsi”) sənəd yayımlayıb. Kiyev sənəddə ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Türkiyə, Fransa, habelə Şimali, Mərkəzi, Cənubi Avropa və Baltikyanı ölkələri Ukraynanın təhlükəsizlik zəmanətçiləri kimi gördüyünü qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər