Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü keçirilir.
Teleqraf.com xəbər verir ki, Səmərqəndə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin də bir neçə ikitərəfli görüş keçirib.
Bu görüşlərdən biri də Qırğızıstan Prezidenti Sadır Japarovla olub. Bu görüş diqqətçəkn detalla yadda qalıb. Adətən rəsmi görüşə ləngiməsi ilə tanınan Rusiya liderini bu dəfə Sadır Japarov gözlədib. Həmin epizod kameralardan yayınmayıb. Putin qırğız həmkarını yarım dəqiqə gözləməli olub.