İsrail Baş naziri Yair Lapid Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Ərdoğanla Lapid arasında keçiriləcək görüşün iki ölkə arasında münasibətlərin düzəlməsi baxımından əlamətdar hadisə olacağı bildirilir.