Yaponiyanın Küsü adasında "Nanmadol" tayfunu nəticəsində azı 41 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, 300 mindən çox ev təsərrüfatı işıqsız qalıb.
Yaponiyanın Meteorologiya Bürosunun bazar ertəsi səhər verdiyi məlumata görə, qasırğanın episentri Küsü adasının şimalındakı Fukuoka prefekturasının ərazisindədir və təxminən 4 m/s sürətlə şimal-şərqə doğru irəliləyir. Episentrdə küləyin sürəti 35 m/s-ə çatır.