19 Sentyabr 2022 10:10
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son sutka ərzində 30-dan çox yaşayış məntəqəsinin infrastrukturu rusların atəşə tutmasından zərər çəkib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.

Mesajda qeyd olunur ki, ruslar beynəlxalq humanitar hüquq normalarını, qanun və müharibə adətlərini pozaraq, mülki əhalinin evlərini və mülki infrastruktur obyektlərini atəşə tutmaqda davam edir.

“Son 24 saat ərzində onlar 3 raket və 22 hava zərbəsi, ümumiyyətlə obyektlərə isə 90-dan çox raket zərbəsi endirib. Bu gün də daha üç raket zərbəsi olub”, - Baş Qərargah qeyd edir.

Mesajda əlavə olunub ki, 30-dan çox yaşayış məntəqəsinə, o cümlədən Nikolayev, Zaporojye, Soledar, Beloqorye, Novopol, Pervomaiskoe, Temirovka, Suxoy Stavok, Myrolyubovka, Petrovka, Berezneqovatoe, Beloqorovka, Spornı, Stepnoe və Olhevskoeyə hücum edilib:

“Ukraynanın bütün ərazisində hava və raket zərbələri təhlükəsi qalmaqdadır”.


Müəllif: Nemət

Oxşar xəbərlər