20 Sentyabr 2022 16:31
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da görüşdüyü yəhudi qurumlarının rəhbərlərinə İsrailə səfər etməyi planlaşdırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Jewish Telegraphic” agentliyi məlumat yayıb.

Bununla belə, Türkiyə lideri İsrailə mümkün səfərinin tarixini açıqlamayıb.

“Middle East Eye” (MEE) saytı da oxşar xəbərində yüksək rütbəli Türkiyə rəsmisinə istinadən Prezident Ərdoğanın noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra İsrailə səfər etməyi planlaşdırdığını iddia edib.

Türkiyə prezidentinin İsrailə sonuncu səfəri 2005-ci ildə olub.

Türkiyə və İsrail arasında normallaşma prosesi çərçivəsində Prezident İshaq Hersoq və Baş nazir Yair Lapid Ankaraya gələrək, Prezident Ərdoğanla görüşüb.

Nəhayət, iki ölkə qarşılıqlı səfirlər təyin etmək qərarına gəlib. Bu çərçivədə Tel-Əviv hazırda İsrailin Ankaradakı müvəqqəti işlər vəkili İrit Lillianı səfir təyin edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər