20 Sentyabr 2022 23:16
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk, Luqansk və Xersonda saxta seçkilərin legitimliyi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O əlavə edib ki, seçkilər Rusiyanın Ukraynaya qarşı müharibəsində heç bir dəyişiklik gətirməyəcək:

“Bu, müharibənin daha da genişlənməsi deməkdir. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn açıq şəkildə pozulmasını pisləməlidir”.

Qeyd edək ki, Donbasdakı qondarma Donetsk və Luqansk administrasiyalarının xalq şuraları tərəfindən verilən açıqlamada hər iki bölgənin Rusiya Federasiyasına qoşulması üçün sentyabrın 23-dən 27-dək referendum keçiriləcəyi bildirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, xalqlar öz taleyinin sahibi olmaq istəyirlər.


Müəllif: Nemət

Oxşar xəbərlər