Rusiya Federasiyasının Dövlət Duması ölkədə ümumi səfərbərliyin olmayacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə “səfərbərlik” termininin daxil edilməsi haqqında qanun ümumi səfərbərlik demək deyil:
“Heç bir ümumi səfərbərlik olmayacaq. Prezident bu barədə dəfələrlə danışıb. Birbaşa mətbuat katibi Dmitri Peskovun və bir çox başqa siyasətçilərin fikirləri açıqlanıb. Qanun səfərbərliklə eyni deyil. Bu, xüsusi hərbi əməliyyat üçün qəbul edilməyib, qəbul olunub ki, uzun müddət yerinə yetirilsin. Ən azı vaxt çatana qədər ki, buna ehtiyac aradan qalxsın”.
Qeyd edək ki, bundan əvvəl Dövlət Duması Rusiya Federasiyasının Cinayət Məcəlləsinə “səfərbərlik”, “hərbi mövqe” və “hərbi vaxt” anlayışlarını daxil edib.