“Bir və ya iki aya dünya İkinci Dünya müharibəsindən bəri görünməmiş miqyasda savaşa girə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Vuçiç yaxın gələcəkdə dünyada böyük müharibənin olacağını və bunun İkinci Dünya müharibəsindən sonra bir ilk olacağını, bir çox bölgələrdə sərhədlərin dəyişəcəyini iddia edib.
Serbiya lideri böyük savaşın Ukraynadakı müharibə səbəbindən başlaya biləcəyini vurğulayıb.
“Məncə, biz xüsusi hərbi əməliyyat mərhələsindən böyük müharibəyə yaxınlaşırıq. Əsl sual sərhədlərin haradan keçəcəyi ilə bağlıdır”, - Vuçiç bildirib.
Serbiya prezidenti Rusiya və Çinin Qərblə münasibətlərinin daha çox zərər görəcəyini deyib:
“Qarşıdakı dövrdə görəcəyimiz hər şeyin Qərbin Rusiya və Çinlə münasibətlərini daha da çətinləşdirəcəyini gözləyirəm”.