21 Sentyabr 2022 12:08
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı xüsusi hərbi əməliyyatın məqsədi dəyişməz olaraq qalır - Donbasın bütün ərazisinin azad edilməsi”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Hazırkı Kiyev rejimi açıq şəkildə Donbas probleminin sülh yolu ilə həllindən imtina etdikdən və üstəlik, nüvə silahına dair iddialarını açıqladıqdan sonra, tamamilə aydın oldu ki, bundan əvvəl iki dəfə baş verdiyi kimi, Donbasa yeni, daha bir irimiqyaslı hücum qaçılmazdır. Bu baxımdan, qabaqlayıcı hərbi əməliyyat haqqında qərar tamamilə zəruri və yeganə mümkün idi”, - Putin vurğulayıb.

Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi Donbasın bütün ərazisinin azad edilməsidir və bu, dəyişməz olaraq qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər