22 Sentyabr 2022 00:55
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serb mafiyasının lideri Yovan Vukotiçi İstanbulda öldürən şəxslər polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, mafiya liderinin “KAVAC” cinayətkar qrupunun lideri Radoje Zivkoviçin yaxın adamları sui-qəsd təşkil edib.

Keçirilən əməliyyat zamanl Radoje Zivkoviç və Zdravko Perunoviç olmaqla ümumilikdə 12 nəfər saxlanılıb.

Həmin şəxslərdən 11 saxta şəxsiyyət vəsiqəsi, 6 saxta pasport və hadisədə istifadə olunan 2 silah götürülüb.

Qeyd edək ki, İstanbulda sui-qəsd nəticəsində öldürülən Yovan Vukotiç Serbiyadakı “Skaljari” adlı cinayətkar qrupu idarə edirdi.


Müəllif: Nemət

Oxşar xəbərlər