22 Sentyabr 2022 01:40
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın unian.net saytı məlumat yayıb.

Qeyd edilir ki, əsir mübadiləsi zamanı Rusiyaya əsir düşən on əcnəbi də azad edilib.

Bundan başqa, Ukraynanın “Azov” alayının döyüşçüləri Ukraynaya qaytarılıb.

“Mariupol müdafiəçilərinin daha bir hissəsini, o cümlədən “Azov” alayının döyüşçülərini geri qaytara bildik. Hər şeyin təfərrüatları sonra gələcək”, - məlumatda deyilir.

Eyni zamanda Mariupol patrul polisinin rəisi Mixail Verşinin əsirlikdən azad edildiyi iddia edilib.

Mübadilə çərçivəsində keçmiş xalq deputatı, Ukraynanın “Müxalifət Platforması - Həyat naminə” birliyinin lideri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında əsirlərin dəyişdiriləcəyini açıqlamışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər