“Donbas, Zaporoje və Xerson vilayətlərində keçirilməsi planlaşdırılan “referendum”la əlaqədar Avropa İttifaqı ölkələri ən qısa zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.
“Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər dərhal, mümkün qədər tez, tərəfdaşlarımızla razılaşdırılaraq tətbiq ediləcək. Lazım gəldikdə hərbi texnika ilə təmin etməklə Ukraynanın səylərini dəstəkləməyə davam edəcəyik”, - Aİ rəsmisi bildirib.
Borrel qeyd edib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları həm şəxsi, həm də sektoral olacaq:
“Ukraynaya silah verməklə hərbi dəstəyi davam etdirəcəyik və bunu artıracağıq. Eyni zamanda, yeni sanksiyaları müzakirə edib qəbul edəcəyik, bunlar həm şəxsi, həm də sektoral olacaq”.
O, hansı sanksiyalardan danışdığını açıqlamayıb, bununla bağlı yalnız siyasi qərarın verildiyini deyib.