26 Sentyabr 2022 10:27
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistan və ABŞ səfərləri səbəbindən ötən həftə baş tutmayan Nazirlər Kabinetinin iclası bu gün keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabinetinin iclasında Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatı və BMT Baş Assambleyası çərçivəsində təmaslarının təfərrüatları müzakirə olunacaq.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsindən sonra Türkiyənin vasitəçiliyi ilə daimi atəşkəsə nail olmaq üçün atılacaq yeni addımlar da Nazirlər Kabinetinin gündəmində olacaq.

Bu kontekstdə Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə planlaşdırılan telefon danışıqlarından əvvəl Türkiyənin təklifləri və Moskvanın qismən səfərbərlik elanı da müzakirə olunacaq.

Yunanıstanın Türkiyəyə qarşı təzyiqləri də görüşün mühüm mövzuları arasında olacaq. Bu çərçivədə Yunanıstan baş naziri Kiriakos Mitsotakisin sülh və dialoq mesajının, xüsusilə adaların silahlandırılmasının kabinetdə gündəmə gəlməsi gözlənilir. İclasda yüksək inflyasiyaya qarşı alınacaq yeni tədbirlər, “Mir Kart” alternativlərinin müzakirə edildiyi İstanbulda iqtisadiyyat toplantısının təfərrüatları, sosial mənzil kampaniyasında son vəziyyət də müzakirə olunacaq. Terror təşkilatlarına qarşı əməliyyatların müzakirə ediləcəyi toplantıdan sonra Ərdoğan xalqa müraciət edəcək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər