Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham olunaraq saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti konsulu “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalanıb".
Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib. Konsulun özü arzuolunmaz şəxs elan edilib.