28 Sentyabr 2022 10:14
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon gərginliyi azaltmaq üçün Türkiyə və Yunanıstanı dialoqa çağırıb.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü, Briqada generalı Patrik Rayder Yunanıstanın Egey adalarına göndərdiyi ABŞ mənşəli zirehli maşınlarla bağlı Ankaranın Vaşinqton rəhbərliyinə verdiyi etiraz notasını şərh edib.

General bildirib ki, ölkəsinin Egeydə heç bir hərbi manevri yoxdur.

“Türkiyə iki razılaşma çərçivəsində qeyri-hərbi statusa malik iki adaya ABŞ mənşəli zirehli maşınların verilməsinə görə Yunanıstan və ABŞ-a etiraz notası verib. Ərazidə məşq və ya təliminiz varmı?” sualına cavabında generalı Rayder deyib ki, həmin adalarda ABŞ tərəfindən təlim keçirilməsindən xəbərdar deyil:

“Geniş mənada Türkiyə və Yunanıstan NATO-nun iki mühüm tərəfdaşıdır və biz onları potensial gərginliyi azaltmaq üçün konstruktiv dialoqa davam etməyə təşviq edirik. Türkiyə ikitərəfli münasibətlərimiz baxımından inanılmaz dərəcədə əhəmiyyətli NATO tərəfdaşıdır. NATO tərəfdaşlarımızla, o cümlədən Türkiyə ilə sıx işləməyə davam edəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər