“Donetsk Xalq Respublika”sı səkkiz ildən artıqdır ki, tarixi ədalətin bərpası uğrunda mübarizə aparır, Rusiya Federasiyasının tərkibinə daxil olmaq üzrə referendumun nəticələri ümumxalq qələbəsinə çevrilib”.
Teleqaraf.com xəbər verir ki, bunu separatçı DXR rəhbəri Denis Puşilin bildirib.
“3000 gündən artıqdır ki, biz Rusiyanın tərkibində olmaq, öz evimizə qayıtmaq, əsl Vətənimizlə birlikdə olmaq hüququ uğrunda mübarizə aparırdıq. Və biz buna nail olduq. Bu, bizim ümummilli qələbəmizdir”, - Puşilin saxta referendumun nəticələri haqqında çıxışı zamanı deyib.
Sentyabrın 23-dən 27-dək DXR və LPR-də, eləcə də Xerson və Zaporojye vilayətinin azad edilmiş ərazilərində bu rayonların Rusiya Federasiyasının subyektləri kimi Rusiyaya birləşdirilməsi üçün referendumlar keçirilib. Yuxarıda adları çəkilən bütün regionlarda səs verənlərin böyük əksəriyyəti Rusiya Federasiyasına qoşulmağa səs verildiyi elan olunur.
Qərb ölkələri başda olmaqla dünya bu əraziləri Ukraynanın ayrılmaz hissəsi sayır və referendumun nəticələrini tanımayacağını elan edir.