29 Sentyabr 2022 11:47
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandan Rusiyaya hərbi texnikanın göndərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar reallığa uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan İnformasiya Nazirliyi məlumat yayıb.

“Sosial şəbəkələrdə hərbi konvoyun keçdiyini əks etdirən video yayılıb. İddia edilir ki, bu texnikalar Prezident Kasım-Jomart Tokayev və Prezident Vladimir Putinin razılığı əsasında Qazaxıstandan Rusiyaya göndərilir. Bildiririk ki, bu, doğru deyil”, - açıqlamada deyilir.

Yayılan məlumatı Qazaxıstan Müdafiə Nazirliyi də təkzib edib:

“Xəbər doğru deyil. Rusiyaya Qazaxıstan texnikaları göndərilmir”.

MN xatırladıb ki, hazırda Qazaxıstan KTMT-nin birgə təlimləri üçün texnika cəlb edir. Qeyd olunub ki, sentyabrın 26-dan oktyabrın 8-dək Jambıl və Alma-Ata vilayətlərində KTMT-nin birgə təlimləri keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər