Rusiya Sovet İttifaqını bərpa etməyə can atmır, ona ehtiyac yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Sovet İttifaqı yoxdur. Bəli, bu gün Rusiyanın buna ehtiyacı yoxdur, biz buna can atmırıq”, - Putin bildirib.
Rusiya lideri iddia edib ki, SSRİ-nin dağılması milli fəlakətə gətirib çıxarıb:
“1991-ci ildə Belovejskaya Puşçada sadə vətəndaşların iradəsi nəzərə alınmadan o vaxtkı partiya elitasının nümayəndələri SSRİ-nin dağılması haqqında qərar verdilər və insanlar qəfildən öz vətənlərindən qopdular. Bu, xalqımızın birliyini parçaladı, milli fəlakətə çevrildi”.