ABŞ-ın Florida ştatında “İen” qasırğası 45 nəfərin həyatına son qoyub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət ştatda dağıntılara səbəb olub. Beləki, yollara, körpülərə və binalara ciddi ziyan dəyib.
Florida qubernatoru Ron Desantisin sözlərinə görə, ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.