İsrail hökuməti İrit Lillianın ölkənin Türkiyədəki səfiri təyin edilməsinə razılıq verib.
Teleqraf.com xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Yair Lapid yazıb.
"Nazirlər Kabineti bu gün İsrailin Türkiyədəki yeni səfiri İrit Lillianın təyinatını təsdiqləyib. Bu, İsrail və Türkiyə arasında bir ildir üzərində işlədiyimiz diplomatik əlaqələrin bərpası istiqamətində daha bir mühüm addımdır", - deyə baş nazir bildirib.