“Dövlət katibi Entoni Blinken kanadalı həmkarı Melani Coli ilə birgə mətbuat konfransı zamanı utanmadan və açıq formada ABŞ və NATO-nun “Şimal Axını 1” və “Şimal Axını 2” qaz kəmərlərini məhv etmək səyləri barədə danışdı".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova Blinkenin çıxışından sitat gətirib:
“Şimal Axını 1” və “Şimal Axını 2” həmin anda Avropaya qaz nəql etmirdi. Bildiyiniz kimi, “Şimal Axını 2” heç vaxt istismara verilməyib. Rusiyanın enerjidən silah kimi istifadə etməsi səbəbindən “Şimal Axını 1” bir neçə həftə əvvəl bağlanıb”.
Blinkenə reaksiya verən Zaxarova Rusiyanın heç vaxt enerjidən silah kimi istifadə etmədiyini vurğulayıb:
“Rusiya enerjidən heç vaxt silah kimi istifadə etməyib. Rusiya və ondan əvvəl SSRİ Avropaya qaz verib, fasiləsiz - 50 il. Vaşinqtonun yalanları yalnız onun bu mövzuda cinayət törətdiyini təsdiqləyir”.