Ermənistan tərəfi delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclasının vaxtından əvvəl keçirilməsi təklifinin xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşündə səsləndirildiyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyana istinadən yayıb.
Bundan əvvəl Azərbaycan tərəfi analoji təkliflə çıxış etdiyini, Ermənistan Xarici İşlər Nazirliyi isə bu təklifin Ermənistan tərəfinin olduğunu bildirmişdi.