Rusiyanın Vorkuta şəhərinin meri Yaroslav Şapoşnikov ölkədə elan edilən səfərbərlik çərçivəsində hərbi xidmət üçün müraciət edən kişilərin onda birinin arvadlarından qaçmağa çalışdığını iddia edib.
Teleqraf.com xəbər verir ki, xanımlarının söz-söhbətindən bezən kişilər üçün döyüşə getməyin həll yolu olduğunu deyən Şapoşnikov rus qadınlarının hər şəraitdə ərlərinə dəstək verməli olduqlarını bildirib.
Merin çıxışı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib. Qərar Rusiyada etirazlara səbəb olub.