4 Oktyabr 2022 11:36
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev zarafatla Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı öz versiyasını dərc edən amerikalı milyarder İlon Maska "fövqəladə zabit rütbəsi" verilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Medvedyev bazar ertəsi Teleqram kanalında yazıb.

“İlon Maskda yaxşı alınıb. O, fövqəladə zabit rütbəsinə layiq görülüb”, - Rusiyanın keçmiş prezidenti qeyd edib.

Qeyd edək ki, Musk Ukrayna ətrafında vəziyyətin tənzimlənməsi təklifində Rusiya Federasiyasının tərkibinə daxil edilmiş ərazilərdə BMT-nin nəzarəti altında yeni referendum keçirilməsini, Krımın Rusiya kimi tanınmasını, Ukraynanın neytral statusunun qorunmasını təklif edib.


Müəllif: Nemət