Rusiya Prezidenti Vladimir Putin “Qiyamət silahı” adlandırılan “Poseydon”u sınaqdan keçirmək üçün “Belqorod” nüvə sualtı gəmisini Qara dənizə göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “Daily Mail” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, təxminən 500 metr böyüklüyündə nüvə sunami yarada biləcək “Poseydon”un sınağı NATO da təşviş yaradıb.
İtaliya mətbuatı isə NATO-nun müttəfiqlərini “Qiyamət silahı”na qarşı xəbərdar etdiyini yazıb. Həftə İtaliya mətbuatına sızan NATO-nun xəbərdarlıq mesajına görə, Şimal Qütbü Dairəsindəki bazada olan və hazırda yoxa çıxan “Belqorod” “Poseydon” nüvə bombasını sınaqdan keçirmək üçün Qara dənizə doğru yola düşüb.
“Poseydon” Putinin 2018-ci ildə elan etdiyi dörd yeni nəsil silahdan biridir. Rusiya KİV-lərinin məlumatına görə, “Qiyamət silahı”nda yerləşdirilmiş nüvə başlığı Xirosimaya atılan bombadan 130 dəfə böyükdür.