Ukrayna əsgərləri gün ərzində 10 yaşayış məntəqəsində rusların hücumlarını dəf edib, qarşı tərəfə xeyli itkilər yaşadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.
“Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Streleçye, Zelenı, Mayorsk, Sporenı, Zaitsevoe, Baxmutskoye, Baxmut, Kurdyumovka, Novomıxaylovka və Uqledar qəsəbələrində rusların hücumlarını dəf edib. Gün ərzində qarşı tərəfin mövqelərinə 17 zərbə endirib”, - məlumatda deyilir.
Baş Qərargah qeyd edir ki, rus ordusunun 4 dayaq məntəqəsinin, 11 silah və hərbi texnikanın cəmləşdiyi ərazinin, həmçinin 2 zenit-raket kompleksinə zərbə endirilib. Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri müxtəlif istiqamətlərdə rusların bir helikopterini və 2 PUA-nı vurub.
Bu arada, raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, canlı qüvvənin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 4 ərazini, bir zenit-raket kompleksini, həmçinin rusların ponton keçidini dağıdıb.