Fransanın radikal millətçi partiyası Xalq Cəbhəsinin lideri Marin Le Pen daxili işlər naziri Cerald Darmaninin son iki ildə 24 məscidi bağlamasının yetərli olmadığını, daha çoxunun bağlanmasını tələb edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi Fransadakı bütün məsdiclərin bağlanılmalı olduğunu deyib.
“Cənab Darmanin beş ildir bu işlə məşğuldur. Orada bir məscid bağlayır, burada birini bağlayır. Arada bir imam göndərir. Amma torpaqlarımızdakı bütün radikal məscidləri bağlamalıdır”, - Le Pen vurğulayıb.
Siyasətçi bütün “radikal müsəlmanlar”ın da ölkədən deportasiya edilməli olduğunu söyləyib.
Fransanın Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyini də deyən Le Pen bu məhdudiyyətlərin fransızları çətin vəziyyətdə qoyduğunu və Moskvanın bu prosesdə neft ixracı ilə 40 milyard avro əlavə gəlir əldə etdiyini bildirib.
Sanksiyaların düşünmədən tətbiq olunduğunu söyləyən Le Pen sanksiyalara görə Moskvanın Fransaya qaz nəqlini kəsdiyi üçün bu və gələn qışın daha da çətin olacağını iddia edib.
Qeyd edək ki, beynəlxalq ictimaiyyət və müsəlmanların reaksiyasına baxmayaraq, Fransa rəhbərliyi son iki ildə təftiş etdiyi 99 məsciddən 24-nü “radikalizmlə mübarizə” adı altında bağlayıb.
Daxili işlər naziri Darmaninin tələbi ilə bir çox məscidin bağlanması üçün hüquqi proses davam edir.