Ukraynada hərbi baxımdan dalana dirənən Rusiya lideri Vladimir Putin nüvə silahından istifadə edəcəyi ilə bağlı Qərbə “Mən ciddiyəm” mesajını vermək istəyir. O, bunun üçün Qara dənizdə sınaq keçirə bilər.
Teleqraf.com xəbər verir ki, belə iddia ilə Britaniyanın “The Times” qəzeti NATO-dakı adı açıqlanmayan mənbələrə istinadən çıxış edib.
Rusiya yaxın gələcəkdə müharibə şəraitində olmasa belə, öz torpağında və ya Qara dəniz sularında nüvə silahından istifadə edə bilər.
Qəzetin xəbərinə Kremldən reaksiya gəlib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, nüvə silahı məsələsi son vaxtlar Qərb mediasında, siyasətçilər və hətta dövlət liderləri səviyyəsində genişmiqyaslı beyin fırtınasına çevrilib:
"Biz bu müzakirələrdə iştirak etmək istəmirik”.